8 May 01:21
1 911
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsində ilk yarımfinal mərhələsi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı yarışmada təmsil edən Fahree və İlkin Dövlətov səsvermənin nəticələrinə görə finala keçə bilməyiblər.

"Avroviziya-2024"-ün finalına Serbiya, Portuqaliya, Sloveniya, Ukrayna, Litva, Finlandiya, Kipr, Xorvatiya, İrlandiya, Lüksemburq vəsiqə qazanıblar.

***

İsveçin Malmö şəhərində keçirilən "Avroviziya-2024" mahnı müsabiqəsində təmsilçilərimiz Fahree və İlkin Dövlətov 12-ci nömrə altında səhnəyə çıxıblar.

Teleqraf.com xəbər verir ki, Azərbaycanı yarışmada təmsil edən Fahree və İlkin Dövlətov “Özünlə apar” mahnısını maraqlı səhnə tərtibatı ilə təqdim ediblər.

Qeyd edək ki, birinci yarımfinalda 15 ölkə çıxış edir və onlardan 10-u əsas finala vəsiqə qazanacaq.

Necə səs verək?

Fahree instaqram hesabında birinci yarımfinalda Azərbaycana səsvermə qaydalarını paylaşıb. Səs vermək üçün 12 rəqəmini ölkə üzrə müəyyən edilmiş qısa nömrəyə göndərmək lazımdır.

Fahree və İlkin Dövlətova Kipr, Serbiya, Litva, Polşa, Xorvatiya, İslandiya, Sloveniya, Finlandiya, İrlandiya, Ukrayna, Avstraliya, Portuqaliya, Lüksemburq, Böyük Britaniya, İsveç və Almaniyadan səsvermək mümkündür.

Əgər siz “Avroviziya-2024” müsabiqəsinin iştirakçısı olmayan ölkədə yaşayırsınızsa, təmsilçilərimizə www.esc.vote saytı və “Eurovision” mobil əlavəsi vasitəsilə səs verə bilərsiniz.

***

23:07

İsveçin Malmö şəhərində "Avroviziya-2024" mahnı müsabiqəsinin birinci yarımfinalı başlayıb.

Teleqraf.com xəbər verir ki, ölkəmizi yarışmada təmsil edən Fahree və İlkin Dövlətov səhnəyə 12-ci çıxacaqlar.

Qeyd edək ki, ikinci yarımfinal mayın 9-da keçiriləcək. Final isə mayın 11-də olacaq.

Birinci yarımfinalda 15 ölkə təmsilçisi yer alacaq. Onlar Ukrayna, Kipr, Polşa, Serbiya, Litva, Xorvatiya, İrlandiya, Sloveniya, İslandiya, Finlandiya, Portuqaliya, Lüksemburq, Avstraliya, Moldova və Azərbaycandır.


Müəllif: Pərvin Cəfərova