16 Oktyabr 22:30
239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oktyabrın 16-da Azərbaycan Dövlət Film Fondunda Xalq artisti, görkəmli kinorejissor, aktyor, pedaqoq Rza Təhmasibin anadan olmasının 130 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını özündə əks etdirən fotosərgi açılıb.

Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev xatirə gecəsini açaraq, görkəmli sənətkarın həyat və fəaliyyəti haqqında məlumat verib. O, qonaqları Xalq artisti Leyla Bədirbəylinin Film Fondunun arxivində qorunub saxlanılan əlyazmalarında R.Təhmasib haqqında xatirələri ilə tanış edib.

Sonra Əməkdar incəsənət xadimləri, kinoşünaslar Aydın Kazımzadə, Ayaz Salayev, Əməkdar incəsənət xadimi, teatrşünas, professor İlham Rəhimli və kinoşünas Şəhla Əmirli rejissorun kino və teatr fəaliyyəti haqqında danışıblar.

Tədbirdə sənətkarın vaxtilə Film Fondunun arxivinə təhvil verilmiş nadir kinoxronikası və rejissor Musa Bağırovun 1966-cı ildə çəkdiyi, R.Təhmasibə həsr olunmuş “İncəsənət veteranı” filmi təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər