10 İyun 2015 12:02
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015" I Avropa Oyunları hər bir millətin fiziki və ruhi sağlamlığının yarışmasıdır. Avropa Oyunları ölkəmizə xoş gəlir. Və bu hər bir azərbaycanlı üçün fəxarətdir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında kinorejissor Əbdül Mahmudbəyov deyib. Onun sözlərinə görə, “Bakı-2015" Birinci Avropa Oyunları dünyanın diqqətini Azərbaycana yönəldəcək: ”Buna ancaq sevinmək lazımdır. Oyunlar zamanı ölkəmizə çoxsaylı əcnəbilər gələcək. Onlar idman yarışlarına baxmaqla yanaşı Azərbaycanın tarixi, mədəniyyəti, musiqisi ilə yaxından tanış olacaqlar. Əslinə qalsa mən təklif edərdim ki, oyunlar sözü yarışlar sözü ilə əvəz olunsun. Çünki bu yarış meydanıdır. Yarışmaq da bütün dünyaya bizdən gedib. Hələ əsrdən əvvəl Herodot, Strabon bizim haqqımızda yazırdı ki, Xəzər sahilində xəzər türkləri, skif, sak tayfaları qəhrəmalıq, cəngavərlik yarışmaları keçirdiblər, qılınc vurub ox atardılar. Biz o vaxt ona oyun yox, cəngavərlik yarışmaları demişik".

Vaxtilə idmançı olduğunu bildirən kinorejissor Avropa Oyunlarında ölkəmizi təmsil edən idmançılardan qalibiyyət gözlədiyini deyib: “Özüm vaxtilə dörd idman növü ilə məşğul olmuşam: atçılıq, üzgüçülük, voleybol, futbol. Özüm birinci dərəcəli futbolçu olmuşam. İdmançılarımıza nə arzu edə bilərəm? Bir deyim var, könlündə general həvəsi olmayan əsgər əsgər deyil, eləcə də qızıl medal almaq istəməyən idmançı idmançı deyil. Azərbaycan xalqı ruhən, qəlbən, tarixən qalib olmalıdır, bu mənada biz yarışlarda mütləq qalib gəlməliyik”.

Nərmin


Müəllif: