27 May 2014 12:18
1 144
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilər növbəti dəfə Azərbaycan mahnısını oğurlayıblar.

Teleqraf.com xəbər verir ki, bu dəfə Andy (Andi) adlı erməni müğənnisi xalq artisti Zeynəb Xanlarovanın ifasında sevə-sevə dinlədiyimiz “Sənə qurban” mahnısını “Garun” (“Bahar”) adı ilə ifa edib.

Qeyd edək ki, “Sənə Qurban” və ya “Sən Müşfiqin yanında” şeirinin müəllifi Mikayıl Müşfiqdir. O, bu şeiri həyat yoldaşı Dilbər Axundzadə üçün yazıb.

Hər iki videonu oxucularımıza təqdim edirik.

Aytən Həsənova


Müəllif: