28 Avqust 2015 00:44
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Fatma Mahmudovanın ürəyində arterial təzyiq yaranıb.

Xalq artisti Teleqraf.com-a bildirib ki, hazırda müalicə olunur: “Bir müddət əvvəl Türkiyədə öd kisəmi çıxardılar. Əməliyyatdan sonra özümü qorumadığıma görə, arterial təzyiq əmələ gəldi. Əvvəl ürəyimdə qidalanma ilə bağlı problem vardı, amma bu problem əməliyyatdan sonra baş verdi. Öd kisəsinin müalicəsi üçün Türkiyəyə gedib, gəlirəm. Ürəyimi isə Bakıda müalicə etdirirəm. Yaşayarıq. Allah hamıya kömək olsun”.

Xalq artisti yeni mövsümdə oynayacağı obrazdan da danışdı: “Yazıçı Elçin Əfəndiyevin əsəri əsasında hazırlanmış “Adaşın toy axşamı” tamaşasında oynayacam. Düzdür, balaca bir roldur, amma o, obrazı sevə-sevə oynayacam. Çoxdankı arzum idi ki, Elçin müəllimin əsərlərində obraz canlandırım. Səhnə əsərində obrazımı Bakı ləhcəsində oynayacam, inşallah”.

Rəqsanə Həsənova


Müəllif:

Oxşar xəbərlər