9 İyun 2014 15:56
1 261
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış şair, əməkdar incəsənət xadimi Baba Vəziroğlunun 60 illik yubileyi qeyd edilib.

Teleqraf.com xəbər verir ki, tədbir şairin doğulub-böyüdüyü İsmayıllı rayonunnda keçirilib.

Teleaparıcı Saleh Bağırovun aparıcılıq etdiyi mərasim şairin “Məndən bir də olmayacaq” şeri ilə başlayıb və tədbir boyu şerlərindən nümunələr səsləndirib.

Yubiley tədbirində xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev, müğənnilər Lətifə Soyuöz, Elnur Məmmədov B.Vəziroğlunun sözlərinə bəstələnən mahnıları ifa ediblər.

Rejissor, aktyor Şeyx Əbdül Mahmudbəyov, Azərbaycan Respublikası “Qızıl Aypara və Qızıl Xaç Komitəsi”nin prezidenti, bəstəkar Novruz Aslan şair haqqında fikirlərini bölüşüblər.

Tədbirdə iştirak edən müğənni Yaşar Cəlilov B.Vəziroğlunun sözlərinə Kamalın bəstələdiyi yeni “Ulduzlu gecə” mahnısını ifa edib.

Aytən Həsənova


Müəllif: