30 Mart 2016 20:53
921
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Kipr Türk Cümhuriyyətinin Lefkoşa və Mağusa şəhərlərində martın 7-29-da türk yazıçısı Sabahattin Alinin xatirəsinə həsr edilən “Kürk Mantolu Şarkılar” adlı musiqili gecə keçirilib.

Teleqraf.com xəbər verir ki, Yakın Doğu Universitetetində Səhnə Sənətləri Fakültəsinin təşkil etdiyi gecədə azərbaycanlı bəstəkar Cavanşir Quliyev iştirak edib. Azərbaycanlı bəstəkarın pianoda müşayiəti ilə YDU tələbələri şairin həyatını və yaradıcılığını tamaşaçılara incəsənət dili ilə çatdıraraq onun sevilən şeirlərinə bəstələnən mahnıları ifa ediblər.


“Benim Meskenim Dağlardır”, “Aldırma Gönül”, “Göklerde Kartal Gibiyim”, “Melankoli”, “Geçmiyor Günler”, “Kara Yazı”, “Leylim Ley”, “Çocuklar Gibi”, “Kıyamadığım”, “Eşkiya Dünyaya Hükümdar Olmaz”, “Ben Gene Sana Vurgunum” kimi ifalarla davam edən gecənin bitməsini istəməyən tamaşaçılar sonda səhnəyə çıxan tədbir iştirakçılarını ayaq üstə alqışlayıblar.“

Gecənin musiqi rəhbəri C.Quliyev, rejissoru isə Murad Atak olub.

M.Atak "Kurtlar Vadisi" serialında "Başbakan" obrazını canlandırıb.

Rəqsanə


Müəllif:

Oxşar xəbərlər