30 May 2016 08:07
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala Rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Xalq teatrında yazıçı-dramaturq Hüseynbala Mirələmovun “Vicdanın hökmü” dramı əsasında səhnələşdirilən yeni tamaşaya daxili baxış olub.

Teleqraf.com xəbər verir ki, iki hissəli dramda Qarabağ müharibəsində iştirak edən vətənpərvər oğulların şücaətindən, torpaq sevgisindən, döyüşlərdə qəhrəmancasına həlak olan ziyalı, müəllim Rəhimin igidliyindən bəhs edilir.

Xalq teatrının rejissoru, Əməkdar Mədəniyyət İşçisi Bayram Qurbanovun quruluş verdiyi tamaşada əsas rolları həvəskar aktyorlar Müqəddəs Yekayev, Fəridə Aslanova, Kənan Şəkərov, Fərid Əzimov, Günel Mehdiyeva və başqaları ifa ediblər.

Yeni tamaşa iyunda teatrsevərlərə təqdim olunacaq.


Müəllif:

Oxşar xəbərlər