15 İyun 2015 22:09
1 492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bakı-2015” Birinci Avropa Oyunlarında qadınlar arasında yığma komandaların yarışları davam edir.

Teleqraf.com xəbər verir ki, B qrupunun bu günlük son qarşılaşması olan Almaniya - Serbiya oyunu keçirilib. Oyunun birinci hakimi Polşadan olan Mişniç Aqniyezka, ispaniyalı Rodrigez Yativa Susana Mariya olub.

İlk setin qalibi Serbiya kollektivi olub: 26-24. İkinci setdə üstünlüyü ələ alan alman xanımlar 25-18 xalı ilə ümumi hesabı bərabərləşdirib. Üçüncü hissədə serblər yenidən 25:15 hesabı ilə önə keçiblər. Dördüncü setdə də Sebriya Almaniyaya heç bir şans verməyib: 25-22.

Rumıniya 0-3 Belçika

A qrupunda qərarlaşan Rumıniya kollektivi ilə Belçika yığma komandası qarşılaşır. Birinci setde rumınlar uğursuz oyun göstərərək, 21-25 hesabı ilə məğlub olublar. İkinci setdə də Belçika kollektivi üstün olub: 25-21.

Üçüncü set komandalar üçün həlledici olub. Belə ki, Belçika yığması 25-23 hesabı bu seti də qalibiyyətlə başa vuraraq, oyunu qazanıblar.

Xorvatiya 1-3 Hollandiya

B qrupunda qərarlaşan Xorvatiya və Hollandiya komandaları arasında oyun keçirilib. Xorvatiya komandası birinci setin ilk texniki fasiləsinə üstün yollanıblar: 8-5. Birinci setin qalibi Hollandiya yığması oldu: 25-22.

İkinci setden də xorvatlar məğlub ayrıldı: 17-25. Üçüncü setdə Xorvatiya kollektivi üstünlük əldə edərək, 25-17 hesabı ilə qalibiyyət qazanıb. Dördüncü seti də qələbə ilə başa vuran hollandlar oyunun qalibi hesab edilib: 25-21.

Türkiyə 3-0 İtaliya

Günün ikinci qarşılaması Türkiyənin voleybolçu qızları ilə İtaliya komandası arasında keçirilib. Birinci hissənin ilk texniki fasiləsindən sonra hesab Türkiyə komandasının xeyrinə olub: 8-5. İlk hissənin ikinci texniki fasiləsinə türkiyəli xanımlar üstün yollanıb: 15-9. Birinci setin qalibi Türkiyə komandası oldu. Onlar İtalyanları 25-26 hesabı ilə məğlub etdi.

Türkiyə ikinci setə də uğrula başlayıbvə ilk texniki fasiləyə 8-3 hesabı ilə üstün ayrılıb. İkinci hissənin qalibi də Türkiyə yığması oldu: 25-10

Üçüncü hissənin ilk texniki fasiləsinə İtaliya komandası geridə ayrılıb: 6-8. İkinci texniki fasiləyə də Türkiyə üstün yollanıb: 16-11. Bu set oyunda həlledici olub. Türkiyə voleybolçuları bu setin də qalibi olaraq, oyunu qalibiyyətlə başa vurub: 25-17.

Bolqarıstan 3-0 Rusiya

İkinci oyun gününün ilk qarşılaşması B qrupunda qərarlaşan Bolqarıstan və Serbiya kollektivləri arasında keçirilir. Birinci setdən sonra hesab bolqar xanımların xeyrinə olub: 25-16

Ikinci setdə də Bolqarıstan komandası üstünlüyü əldə verməyərək, 25-22 hesabı ilə qalib gəlib. Üçüncü set həlledici olub. Belə ki, bu hissədə də bolqarlar rusiyalı xanımlara şans verməyib: 25-22. Ümumi hesab 3-0 olub.

Bundan əlavə bu gün daha 5 qarşılaşma baş tutacaq:

Saat 16:30-da A qrupu Rumıniya – Belçika

Saat 20:00-da B qrupu Almaniya – Serbiya

Saat 22:00-da A qrupu Azərbaycan – Polşa


Müəllif: