9 İyun 2016 16:09
1 006
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Barak Obamanın böyük qızı Maliya səfirlikdə təcrübə keçəcək.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Maliya yay tətili müddətində ABŞ-ın Madriddəki səfirliyində çalışacaq.

ABŞ mediasının məlumatına görə, Maliyanın bu səfirlikdə təcrübə keçməsində Obamanın ABŞ-ın bu ölkədəki səfiri Ceyms Kostosla sıx dostluq əlaqələri böyük rol oynayıb.

Qeyd edilib ki, 17 yaşlı Maliya ispan dilini mükəmməl bilir. Obamanın Kubaya səfəri zamanı Maliya atasının tərcüməçisi rolunda çıxış edib.

Samir


Müəllif:

Oxşar xəbərlər