12 İyun 2016 14:46
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Kiyevin mərkəzində homoseksuallar “Bərabərlik marşı” keçirib.

Aksiyadan əvvəl polis və aksiya əleyhdarları arasında toqquşma baş verib, 50 nəfər saxlanılıb.

Aksiyanın təhlükəsizliyinin qorunmasına 6 min polis əməkdaşı cəlb edilib. Bir neçə yüz nəfərin iştirak etdiyi aksiyaya Ali Radanın, Avropa Parlamentinin bir neçə deputatı, səfirliklərin əməkdaşları da qatılıblar.

Aksiya başa çatandan sonra isə idman geyimli və tibbi maska taxmış bir qrup şəxs Boqdan Xmelnitski küçəsində yerləşən teatr binasının qarşısında toplanıb və homoseksualların aksiyası əleyhinə şüarlar səsləndiriblər.(APA)


Müəllif:

Oxşar xəbərlər