14 İyun 2016 01:19
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da prezidentliyə namizədlər Donald Tramp və Hillari Klinton 49 nəfərin ölümü ilə nəticələnən Orlandodakı faciə barədə fikirlərini bildiriblər.

Teleqraf.com xəbər verir ki, Hillari Klinton qeyd edib ki, Orlandoda kluba hücum edən şəxs öldürülsə də, onun beynini məhv edən viruslar hələ də yaşayır. Klinton İraq və Suriyada terrorçulara qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıb: "Amerikanın müsəlman vətəndaşlarına, müsəlman iş adamlarına, turistlərə qarşı sanksiya çağırışı azadlıq istəyən və terrora nifrət bəsləyən müsəlmanları üzür. Sadəcə inancları üzündən amerikalı dostlarımızın xüsusi nəzarət altına alınması tələbi də onların qəlbini qırır. Paris və San Bernardinodakı hücumlardan sonra Amerikada müsəlmanlara və məscidlərə yönəli nifrətin, cinayətin üç dəfə artması təsadüfi deyil. Bu yanaşma yanlış və təhlükəlidir. Bu terrorçuların çörəklərinə yağ sürtməkdir".

Cümhuriyyətçilərin namizədi Donald Tramp isə bir daha qeyd edib ki, müsəlmanların ABŞ-a girişi yasaqlanmalıdır. O, çıxışında Nyu Yorkda doğulan Ömər Matinin Əfqanıstanda doğulduğunu xatırladıb.

"Qatilin Amerikada olmasının tək səbəbi bizin onun ailəsinin ölkəmizə gəlməsinə izn verməyimizdir. Bu, müzakirə olunası gerçəklikdir. Ölkəmizə kimin gəldiyini öyrənməyi qadağan edən sistem var. Bu sistem vətəndaşlarımızın düzgün qorunmasına imkan vermir. Naqis idarəçilik var. Mən prezident seçilsəm bu dəyişəcək", deyə Tramp bildirib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər