Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ailəsinin xaricdə yerləşən aktivlərinə həbs qoyulacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.
Jurnalın bildirdiyinə görə, Əsəd ailəsinin xarici aktivləri arasında Rusiyada daşınmaz əmlak, Vyanadakı otellər və Dubayda şəxsi təyyarə kimi əmlaklar yer alır.
Ağ Evin keçmiş rəsmisi Endryu Tabler qeyd edib ki, Əsəd ailəsi həmişə sürgün ehtimalına qarşı hazırlıqlı olub: "Onların hər zaman B planı var idi, buna görə də beynəlxalq səviyyədə ovlanacaqlar."
ABŞ konqresinin rəsmi məlumatına görə, Əsədin 2 mlrd. dollar pulu var. Bura xarici banklarda, offşorlardakı pullar, xaricdəki daşınmaz əmlaklar, firmalar, zavodlar, bahalı sənət əsərləri daxil deyil. Onun ümumi sərvəti 120 mlrd. dollar dəyərləndirilir.