"İran hakimiyyəti hicab taxmayan qadınlara qarşı cəzaları sərtləşdirən qanun layihəsinə düzəliş edəcək".
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Əlirza Səlimi deyib.
Dəyişikliklərdən sonra qanunverici orqan hazırkı formada respublika prezidenti və İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Məsud Pezeşkian tərəfindən rədd edilən sənədə yenidən baxacaq.
Qanun layihəsinin hazırkı variantında hicab taxmayan iranlı qadınların cərimə oluna və hətta həbsxanaya göndərilməsi nəzərdə tutulur.