Qazaxıstan prezidenti Nursultan Nazarbayev neftin qiymətindəki yüksəlişə münasibət bildirib.
Teleqraf.com xəbər verir ki, Peterburq beynəlxaq iqtisadi foruma qatılan Qazaxıstan prezidenti dünya bazarlarında neftin qiymətinin 50 dollara çatmasını obyektiv reallıq kimi qiymətləndirib: "Bu qiymətlə işləmək olar..."
CNN-in suallarını cavablandıran Nazarbayev "bu gün bir söz, sabah başqa söz" deyən ekspertlərin rəylərinə inanmamağı məsləhət görüb: "Ümumiyyətlə, hamı çaşmışdı - alimlər də, ekspertlər də, iqtisadçılar da..."
Nursultan Nazarbayev hesab edir ki, neftin qiymətinin ucuzlaşmasından hamı geri düşdü - ixracatçılar, idxalçılar, inkişaf etməkdə olan ölkələr. Onun sözlərinə görə, yaxın 20 ildə dünyanın neft və qazdan asılılığı azalmayacaq.
Mahir