Rusiya prezidenti Valdimir Putin bu gün Çinə rəsmi səfərə yola düşüb.
Teleqraf.com Rusiya mediasına istinadla xəbər verir ki, Putinin Çin Xalq Respublikasının rəhbəri Si Szinpinlə və digər rəsmi şəxslərlə görüşündə Suriyadakı vəziyyət, Əfqanıstan problemi fonunda Mərkəzi Asiyadakı sabitlik və enerji sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsi gözlənilir.
İki ölkə arasında 50-yə yaxın əməkdaşlıq sənədi imzalanacaq.
Maraqlıdır ki, Rusiya və Çin rəhbərləri iki gün əvvəl Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında da ikitərəfli görüş keçiriblər.
Mahir