27 İyun 2016 22:15
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldova məhkəməsi ölkənin keçmiş baş naziri Vladimir Filatı 9 il müddətinə azadlıqdan məhrum edib.

Teleqraf.com-un xəbərinə görə, sabiq baş nazir korrupsiya və qulluq mövqeyindən sui-istifadədə günahlandırılır.

Vladimir Filat həmçinin 60 min ley məbləğində cərimə olunub. O, 5 il ərzində vəzifə tutmaq hüququndan da məhrum edilib.

Ancaq bunlar hələ cəzanın hamısı deyil. Filat aministiyaya da ümid edə bilməyəcək. Belə ki, o, 2013-cü ildə təltif olunduğu Respublika ordeninə görə ölkənin müstəqilliyinin 25 illiyi ərəfəsində
bağışlanacağını düşünürdü. Lakin Filatın ordeni də əlindən alınıb.

Nihad


Müəllif:

Oxşar xəbərlər