"Türkiyə Rusiyanın qonşusudur və üzr diləyibsə, bağışlamaq lazımdır".
Teleqraf.com "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın Liberal Demokratlar Partiyasının rəhbəri Vladimir Jirinovski deyib.
O əlavə edib ki. Türkiyənin Rusiyaya təzminat ödəməsi çox vacibdir: "Türkiyəni bağışlamaq lazımdır. Qonşumuzdur. Avropalı və amerikalılara nifrət edirlər. Əgər cənub bölgəsini tərəfimizə çəkə bilsək, heç bir problemimiz qalmaz".
Jirinovksi Türkiyə və Rusiya arasında turizm sahəsində əməkdaşlığa da diqqət çəkib: "İcazə verək, insanlar gedib Türkiyədə istirahət etsin. Yay aylarında 4-5 milyon rus Türkiyəyə istirahətə gedir. Türklərin bizi sevməsi və hörmət etməsi lehimizədir. Bu məsələ bizə də aiddir".
Samir