Rusiya prezidenti Vladimir Putin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, detalları açıqlanmasa da, Ərdoğana yaxın mənbələr görüşün məhsuldar və müsbət nəticələndiyini bildiriblər.
40 dəqiqə davam edən danışıqlar zamanı ikitərəfli münasibətlər və dünən gecə saatlarında İstanbulun Atatürk hava limanında baş verən terror aktı müzakirə edilib.
Qeyd edək ki, iki ölkə arasındakı münasibətlər ötən ilin noyabrın 24-də rus Su-24 qırıcısının türk F-16-ları tərəfindən vurulmasından sonra gərginləşmişdi.
Samir