29 İyun 2016 14:41
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən gecə saatlarında İstanbulun Atatürk hava limanında baş verən terror aktı zamanı ölənlərin sayı 41-ə çatıb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 3 kamikazdenin özünü partlatması nəticəsində 239 nəfər yaralanıb. Yayılan məlumatlara görə, yaralılardan 109 nəfəri ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Ölənlərdən 37-sinin şəxsiyyəti müəyyənləşdirilib. Rəsmilər terror qurbanlarından 28-inin Türkiyə vətəndaşı, qalan 13-nun isə əcnəbi olduğunu bildiriblər.

Samir


Müəllif:

Oxşar xəbərlər