Britaniya parlamentində Mühafizəkarlar Partiyasının təmsilçiləri yeni lider üçün seçkilər prosesinə başlayıb. Seçkilərin qalibi Böyük Britaniya baş naziri vəzifəsini tutacaq.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, 330 Tori millət vəkilinə səsvermə üçün tam iş günü verilir – saat 11:00-dan 18:00-dək.
Hər turdan sonra daha az səs qazanan namizəd seçkiləri tərk edir. Son qərarı partiyanın sıravi üzvləri qəbul edir. Onlar partiya üzvlərinin daha möhkəm dəstəyinə layiq bilinən iki namizəddən birini seçməlidir.
Bazar ertəsi 5 namizəd parlament fraksiyası üzrə həmkarları qarşısında öz proqramları ilə çıxış edib. Bu proqramda Britaniyanın Avropa İttifaqından çıxması prosesinə və “Brexit”-dən sonra Aİ ölkələrindən gələn əmək miqrantlarının nə statusa malik olacaqlarına daha çox yer ayrılmışdı.
Theresa May bəyan edib ki, bu, Avropa liderləri ilə Britaniyanın Aİ-dən çıxması prosesi haqqında danışıqlarda ilk suallardan biri olacaq.
Digər dörd namizəd - Michael Gove, Liam Fox, Andrea Leadsom və Stephen Crabb – qeyd ediblər ki, artıq Britaniyada yaşayan Aİ vətəndaşlarına qarantiyalar verilməlidir və heç kəs onların hüquqlarına sui-qəsd etməyəcək.
İngiltərə Bankının rəhbəri Mark Carney bəyan edib ki, Britaniya qeyri-müəyyənlik dövrünə qədəm qoyub, və bu, ölkənin Aİ ilə öz münasibətlərini dəqiqləşdirməyincə davam edəcək.