Böyük Britaniya hökuməti Avropa İttifaqından çıxış əleyhinə petisiyanın nəticələrini bir kənara qoyub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Britaniya hökumətinin petisiya keçirilən sayta yerləşdirilmiş açıqlamasında baş nazir Devid Kemeronun 27 iyunda parlamentdəki nitqi xatırlanır: "Kemeron öz çıxışında aydın şəkildə bildirdi ki, öz rəyini ifadə etmiş 33 milyon insanın qatıldığı referendum Britaniyanın demokratiya tarixində ən böyük təcrübələrindən biri oldu".
Britaniya hökluməti baş nazirin ifadə olunmuş rəyə hörmət göstərilməsi zərurəti ilə bağlı fikrini də xatırladıb: "Biz indi Avropa İttifaqından üzülüşməklə bağlı prosesə hazırlaşmalıyıq".
Böyük Britaniyada bu il 23 iyunda Avropa İttifaqı üzvlüyündən çıxmaqla bağlı referendum keçirilib, 52 faiz qurumla vidalaşmağın lehinə səs verib.
Bundan sonra Britaniya parlamentinin saytı təkrar refendum keçirilməsi ilə bağlı petisiya təşkil edib.
Mahir