11 İyul 2016 22:14
1 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeryada çobanlarla əkinçilərlər arasında qanlı dava olub. Teleqraf.com xəbər verir ki, dava nəticəsində 22 nəfər ölüb, çoxlu sayda yaralı var.

Qeyd olunur ki, "Çobanlar" adlandırılan silahlı qruplaşma 6 qəbiləyə hücum ediblər. Bəzi qayanqlar ölənlərin sayının 70-dən çox olduğunu bildirib.

Bildirilir ki, çobanlar 18-ci əsrdə yaşamış islahatşı müsəlman Şeyx Osman Dan Fodionun dini dünya görüşlərini Nigeriyadakı xristianlar arasında yaymaq istəyir və bu zaman tərəflər arasında silahlı qarşıdurma olur.

Digər məlumata görə, heyvanlarına qida tapmaq üçün ölkənin cənubuna gedən fulanilər tayfasının üzvləri olan çobanlar əkinçilərlə silahlı qarşıdurmaya girirlər.

Ruslan


Müəllif:

Oxşar xəbərlər