12 İyul 2016 12:35
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Terror təşkilatı kimi tanınan "Ən Nusra Cəbhəsi" Hələb ətrafında müxtəlif adda çox sayda qruplaşmalar yaradır və onların vasitəsilə Suriyadakı vəziyyəti qəlizləşdirir. Daha sonra bəyan edirlər ki, "Ən Nusra"nın həmin qruplaşmalarla əlaqəsi yoxdur və onlar Suriya böhranının həlli ilə bağlı danışıqlarda iştirak etməyə hazırdırlar".


Teleqraf.com xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla Bakıda keçirdiyi mətbuat konfrasında deyib. O məsələnin ABŞ Dövlət katibi Con Kerri ilə keçirəcəyi görüşdə müzakirə edəcəyini bildirib.

Qeyd edək ki, Kerri iyulun 14-15-də Moskvaya səfəri edəcək.

Samir


Müəllif:

Oxşar xəbərlər