21 İyul 2016 18:11
504
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran əsilli Amerika vətəndaşı Rza Şahini tutulub.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, 16 ildir Amerikada yaşayan San-Diyeqo Universitetinin tələbəsi Rza Şahini bir neçə həftə əvvəl valideynlərini görmək üçün İrana gəlsə də, iyulun 15-də İranın Gülüstan əyalətinin mərkəzi sayılan Qorqan şəhərində yaxalanıb.

Təhlüksizlik işçiləri Şahininin evində axtarış aparıb və onun şəxsi kompüterini müsadirə ediblər. İlkin ehtimallara görə, Şahini ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda günahlandırılır.

Həm İran, həm də Amerika vətəndaşı olan Rza Şahininin hazırda harada saxlanıldığı və konkret nədə günahlandırıldığı haqda məlumat yayılmayıb.

Elvin


Müəllif: