Türkiyədə hərbi qiyam cəhdi zamanı öldürülən hərbçilər üçün “xainlər qəbiristanlığı” salınıb.
Teleqraf.com xəbər verir ki, görüntüləri “İHA” agentliyi yayıb.
Qəbiristanlıq İstanbul Bələdiyyəsinin sahibsiz heyvanlar üçün qurulan sığınacağında salınıb.
Xatırladaq ki, İstanbul bələdiyyə başçısı Kadir Topbaş dünən “xainlər qəbiristanlığı”na bir vətən xaininin basdırıldığını bildirmişdi. Həmin şəxs Acıbadəmdə icra nümayəndəsini öldürən kapitan Mehmet Karabekirdir.