“Fətullah Gülənin başında durduğu şəbəkə Qırğızıstanda da dövlət çevrilişinə qalxa bilər”.
Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu deyib.
O, bildirib ki, əgər Qırğızıstanda dövlət çevrilişi olarsa bunu adıçəkilən şəbəkə edə bilər: “Orada da FETÖ şəbəkəsi dövlət qurumlarına sızıb. Biz Qırğızıstan tərəfini aradaq və dövlət adamlarına bu haqda fikirlərimizi söylədik. Son beş ildə Qırğızıstanda iki parlament və iki prezident seçkiləri keçirilib. Qırğızıstan parlaq bir gələcəyə doğru gedir. Ancaq indi əsas təhdid Qırğızıstanda bu şəbəkənin varlığıdır”.
Cavad