1 Avqust 2016 08:06
512
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın baş naziri Manuel Valls ölkədə müsəlmanlara yardım edilməsi təklifilə çıxış edib.

Teleqraf.com xəbər verir ki, baş nazir Fransa müsəlmanlarına zərər vuran radikal islamçılara qarşı mübarizə aparılmasının vacibliyini vurğulayıb: "Fransadakı müsəlmanların azadlığına zərbə vuran radikal islamçılar müəyyən edilərək zərərsizləşdirilməlidir. Fransadakı terror hadisələrində günahkar müsəlmanlar deyir. Bizim respublikamızda müsəlmanlara yer var. Onların hamısını "günah keçisi" kimi görə bilmərik. Biz sağlam düşüncəli müsəlmanlara yardım etməliyik".

Qeyd edək ki, 13 noyabr 2015-ci ildə Parisdəki terror hadisəsi zamanı 130 və 14 iyul 2016-cı ildə Nice şəhərindəki terakt nəticəsində isə 84 nəfər dünyasını dəyişib.

Ayxan


Müəllif:

Oxşar xəbərlər