İranın dini lideri Ayətullah Əli Xamaneyinin baş müşaviri və keçmiş daxili işlər naziri Əli Əkbər Vilayəti Türkiyədəki dövlət çevrilişi cəhdinə münasibət bildirib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Əli Əkbər Vilayəti baş verən çevriliş cəhdinin Türkiyəyə kimin dost, kimin düşmən olduğunu göstərdiyini deyib.
"Tehran Times" xəbər verir ki, iyulun 31-də Türkiyənin Tehrandakı səfiri Hakan Tekinlə görüşən Vilayəti deyib: "Kimin dost, kimin düşmən olduğu belə ağır zamanlarda məlum olur. Biz Türkiyə hökumətinin və türk xalqının yanındayıq".
Vilayəti türk xalqının dövlət çevrilişi əleyhinə göstərdiyi müqaviməti heyranlıqla izlədiklərini də vurğulayıb.
Mahir