"Suriyanın İdlib bölgəsində vurulan Rusiyanın Mi-8 tipli helikopterinin ekipaj üzvləri həlak olublar".
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin sözçüsü Dmitri Peskov deyib.
O əlavə edib ki, helikopter vurulduqdan sonra pilotların göstərdiyi səylər heç bir nəticə verməyib: "Onlar helikopteri yerə endirməyə çalışsalar da, buna nail olmayıblar. Qəzadan sonra vertolyotda yanğın baş verib".
Saat 14:09
Suriyanın Hələb şəhəri yaxınlığında Rusiyaya məxsus Mi-8 tipli helikopter vurulub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı helikopterdə 5 ekipaj üzvü olub. Bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb:
"Helikopter yerdən açılan atəş nəticəsində qəzaya uğrayıb. Hadisə zamanı vertolyot Hələb şəhərinə humanitar yardım çatdıraraq Xmeymim hərbi hava bazasına geri dönürmüş. Helikopterdə 3 ekipaj üzvü və 2 suriyalı zabit olub. Onların taleyi ilə bağlı heç bir məlumat yoxdur".
Bu arada sosial şəbəkələrdə vertolyotun vurulduqdan dərhal sonrakı görüntüləri, eləcə də ekipaj üzvlərinə aid vəsiqələrin fotoları paylaşılıb.
Samir