8 Avqust 2016 14:08
560
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pakistanın Bəlucistan vilayətinin Kvetta şəhərində xəstəxanada baş verən partlayış nəticəsində ölənlərin sayı 93-ə çatıb.

Hadisə Bəlucistanın Vəkillər Assosiasiyasının keçmiş prezidenti Bilal Ənvər Kasinin qətlə yetirilməsindən sonra baş verib. Cəsəd xəstəxanaya çatdırıldıqdan sonra tibb məntəqəsinə jurnalistlər, vəkillər gəliblər.

Partlayış məhz həmin anda baş verib. Ölənlərin əksəriyyətinin də məhz jurnalistlər və vəkillər olduğu bildirilir.

Polisin məlumatına görə, partlayışdan dərhal sonra naməlum şəxs tərəfindən atəş açılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları hadisənin baş verdiyi ərazini mühasirəyə alıblar. Terror təhlükəsi ilə əlaqədar həyəcan elan edilib. Hadisəyə görə hələlik heç bir qruplaşma məsuliyyəti üzərinə götürməyib. (“Azərtac”)


Müəllif:

Oxşar xəbərlər