Kanar adalarının Palma adasında təxminən 4,5 min hektar meşə sahəsi alova bürünüb.
Yanğınla əlaqədar 500-ə yaxın insan evakuasiya edilib. Alov Tiqaleta və Montes de Luna yaşayış məntəqələrinə yaxınlaşsa da yaşayış evlərinə çatmayıb.
Yüzlərlə yanğınsöndürən, milli polis və vətəndaş qvardiyası, həmçinin könüllülər alovun söndürülməsinə cəlb olunub.
Vətəndaş qvardiyası yanğının səbəbkarı olan alman əsilli şəxsi saxlayıb.