Pakistanda fəaliyyət göstərən Pak-Türk Beynəlxalq Məktəblərinin müdirləri işdən çıxarılıb.
Teleqraf.com BBC-yə istinadən xəbər verir ki, işdən çıxarılan 28 məktəb müdirindən 23-ü Türkiyə vətəndaşıdır.
İddia edilir ki, məktəblərin Fethullah Gülen Camaatı ilə əlaqəsi var.
Xarici İşlər naziri Mevlüt Çavuşoğlu avqustun 2-də Pakistana səfər edib. Bir günlük səfər zamanı o, pakistanlı rəsmilərlə görüşüb bu məktəblərin bağlanılmasını tələb edərək demişdi ki, "Pakistandakı FETÖ məktəblərində təhsil alan şagirdlər və ailələr zərər görmədən bu məktəblərlə bağıl görüləcək tədbir üzərində işləyirik".
İdarə heyətində üç Pakistan, üç Türk vətəndaşının olduğu Pak-Türk Təhsil Fondu isə Gülen Camaatı ilə əlaqəli olmadığını iddia edir.
Məktəbin rəsmisi Pakistan daxilində 80 türk məktəbinin 11 min şagirdə təhsil verdiyini bildirib və məktəblərdə Gülen Camaatı ilə bağlı təbliğat aparıldığı barədə iddiaları rədd edib.
Rəsmi, məktəblərin fəaliyyətlərinin və təhsil proqramlarının, Pakistanın prestijli təhsil idarə heyəti tərəfindən təsdiq edildiyini bildirib.