“Ayın qolu” layihəsi çərçivəsində noyabr ayının ən yaxşı qolunun müəllifi olan "Neftçi"nin futbolçusu Murad Məmmədov mükafatlandırılıb.
Teleqraf.com xəbər verir ki, ona Misli Premyer Liqasının 17-ci turunda bu gün "Kəpəz"lə görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları "Neftçi Arena"da Peşəkar Futbol Liqasının Texniki-İdman direktoru Elgiz Abbasov təqdim edib.