İsrailin baş naziri Benyamin Netanyahu Colan təpələrində əhalinin artımını stimullaşdırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
“Bu qərar Colan təpələri yaşayış məntəqələrini gücləndirmək, o cümlədən təhsil, bərpa olunan enerji, tələbə şəhərciyinin yaradılması və yeni sakinlərin qəbulunda Regional Şuraya kömək edəcək institusional inkişaf proqramıdır”, - məlumatda bildirilir.
Ofis planın həyata keçirilməsi üçün 40 milyon şekel (təxminən 1,9 milyon manat) ayrılacağını açıqlayıb. Təşəbbüsün məqsədi Colan təpələrinin əhalisini iki dəfə artırmaqdır.