Fransa diplomatik münasibətlərdəki uzun fasilədən sonra Dəməşqə dörd diplomat göndərəcək.
Teleqraf.com xəbər verir ki, bunu xarici işlər naziri Jan-Noel Barrot "France Inter" radiosuna müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu missiya dekabrın 17-də Suriyaya yola düşəcək.
“Suriyaya göndərilən dörd diplomatın məqsədi oradakı nüfuzumuzu bərpa etmək, yeni hakimiyyətlə ilkin əlaqələr qurmaq və əhalinin təcili humanitar ehtiyaclarını qiymətləndirmək olacaq”, - Barrot bildirib.