İsrail ordusu Əsəd rejiminin devrilməsindən sonra həm havadan, həm də qurudan Suriyaya qarşı əməliyyatları davam etdirir.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, İsrail qoşunları son iki gündə Suriyanın cənubundakı Katana bölgəsinin Cemle, Mezra Beytelcin və Megar Mir kəndlərini işğal edib.
Suriya ordusunun cənubdakı bazalarını sıradan çıxaran İsrail silahlı qüvvələri Colan təpələrindəki bufer zonanı genişləndirməklə məşğuldur. İsrail əsgərləri Dəməşqin 25 kilometrliyinə qədər yaxınlaşıblar.
İsrail Suriyaya aid Colan təpələrini 1967-ci ildən işğalda saxlayır.