20:26
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya siyasətinin nəhənglərindən olan Çin Xalq Respublikasının sədri Si Cinpin həyat hekayəsi olduqca maraqlıdır. 71 yaşlı Si Cinpin artıq ikinci beş illikdir ki, ölkəni idarə edir.

1953-cü ildə anadan olan Si Cinpin atası Xi Zonqxun Mərkəzi Komitənin üzvü, baş nazirin müavini olub.

Mao Tszedunun yaxın silahdaşlarından olan Zonqxun “yanlış və ideoloji cəhətdən zərərli” kitabına görə bütün vəzifələrindən uzaqlaşdırılıb. Traktor zavodunda işə düzələş Xi sonra həbs edilib. Ailəsi təzyiqlərə dözməyərək dağılır. Qızı intihar edir, anası “xalq düşməni”ndən boşanır.
15 yaşlı Si isə ölkənin ucqar bölgəsinə sürgün edilir. Bir neçə aydan sonra Pekinə qaçsa da, orada saxlanılır, əmək düşərgəsində qazmaçı işinə cəlb edilir.

7 il sürgündə qalır. Komsomola üzv olmaq üçün hər il ərizə ilə partiyaya müraciət edir. Sonda onu komsomola üzv qəbul edirlər. Dayanmadan mübarizə aparac Si sonra partiyaya, ardınca isə universitetə qəbul edilir. O, atasının köhnə dostu, müdafiə naziri Geng Biaonun yanında işə düzəlir. Buradan onun karyera yüksəlişi başladı. Qısa zaman ərzində bir neçə idarədə rəhbər vəzifədə çalışır. 2006-cı ildə Şanxay meri dövlət vəsaitini mənimsə ittihamı ilə vəzifəsindən uzaqlaşdırılır və onun yerini Si tutur.

2012-ci ildı Sinin bəxti gətirir. Kommunist Partiyasının növbəti qurultayında yeni baş katibliyə ən real namizəd Bo Xilainin həyat yoldaşının xaricdə villasının olması, övladlarının İngiltərədə oxuması Sinin Baş katibliyə, prezidentliyə gedən yolunu açır.

Onun həyat kredosu Nikolay Çernışevskinin "Nə etməli" romanı və əsərin baş qəhrəmanı Raxmetovdur.

Amerikanın "The New York Times" qəzeti yazır ki, Si Cinpin gənclik illərində Nikolay Çernışevskinin “Nə etməli?” romanını oxumuş, bu, sonralar onun üçün ilham mənbəyi olub.

Əsərdə Çin Xalq Respublikasının sədrinin diqqətini nümunəvi inqilabçı olan kiçik personaj Raxmetov cəlb edib.

Siyasətçi özü də Çernışevskinin əsərini yeniyetmə ikən oxuduğunu söyləyib. Si Cinpinin sözlərinə görə, o, Raxmetovun həyat tərzindən ilhamlanıb və bu səbəbdən döşəksiz yatmağa və soyuq duş qəbul etməyə çalışıb.

“Bir vaxtlar Çernışevskinin “Nə etməli?” romanı məni heyran etdi, burada baş qəhrəman Raxmetov iradəsini gücləndirmək üçün mismarların üstündə yatır. Mən və dostlarım o qədər təsirləndik ki, gecəni döşəksiz çarpayılarda keçirməyə, yağış və qarda gəzməyə, buzlu duş qəbul etməyə başladıq” – deyə Si Cinpin məşəqqətli və mübarizə dolu həyatından danışarkən qeyd edib.


Müəllif: Arzu

Oxşar xəbərlər