Finlandiyanın dörd şəhərində Rusiya ilə sərhədlərin açılmasına dəstək üçün mitinqlər keçirilib.
Teleqraf.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Məlumata görə, mitinqlər Helsinki, Lahti, Lappeenranta və Tampere şəhərlərində keçirilib. Təşkilatçıların sözlərinə görə, aksiyanın məqsədi hakimiyyətə "sərhədlər təkcə mallar üçün deyil, həm də insanlar və qanuni səyahət edənlər üçün açıq olmalıdır" mesajı verməkdir.