Türkiyədə müxalifət partiya liderlərinə qarşı qaldırılmış cinayət işinin detalları açıqlanıb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Bakırköy Prokurorluğu HDP sədri Səlahəddin Dəmirdaş və partiyanın Ankaradan seçilmiş millət vəkili Sırrı Sürəyya Öndər haqqında terror təşkilatının təbliğatını aparmaqda günahlandıran cinayət işinin iddianaməsini hazırlayıb.
İddianamədə hər iki partiya mənsubuna 5 il həbs cəzası nəzərdə tutulur.
Bir müddət əvvəl Türkiyədə millət vəkillərinin toxunulmazlığı qaldırılıb. Bu səbəbdən millət vəkillərinin istintaqı və mühakiməsi sadələşib.
Mahir