13 Avqust 2016 17:26
426
12 Punto 14 Punto 16 Punto 18 Punto

2035-ci ilədək enerji idxalının 80 faizini Asiyanın tələbatı formalaşdıracaq.

AZƏRTAC xəbər verir ki, bu barədə beynəlxalq yoxlama və məsləhətçilik şirkəti “KPMG”nin yaydığı məlumatda deyilir. Bildirilir ki, dünyada neft və təbii qaza əsas enerji mənbəyi kimi asılılıq davam edəcək. 2035-ci ilədək enerji idxalının 80 faizi Asiyanın artan tələbatından formalaşacaq. Təbii qaz tələbatı isə əsasən inkişaf etməkdə olan ölkələrdə meydana gəlir.

Enerji və sənaye sektorlarında daha çox neft, təbii qaz, kömür, biokütlə və elektrik enerjisinə ehtiyac yaranacaq. Böyümənin 65 faizi məhz Asiya Sakit okean ölkələrində yaranacaq.


Müəllif:

Oxşar xəbərlər