Səudiyyə Ərəbistanının dəniz patrulu xidməti krallığın sərhəd sularında üzən İranın 4 balıqçı gəmisini saxlayıb.
Teleqraf.com-un "RİA Novosti"yə istinadən xəbərinə görə, Buşehr dəniz sərhədçilərinin komandiri Amin Xosrəvi agentliyə açıqlamasında saxlanılanların sonrakı taleyi barədə məlumat olmadığını bildirib.
O bildirib ki, Buşəhr vilayətinin bəzi balıqçıları Fars körfəzinə çıxarkən təsadüfən digər dövlətlərin su sərhədlərinə daxil olub və saxlanılıblar.
Hələlik Səudiyyə Ərəbistanı məsələyə münasibət bildirməyib.