Avqustun 17-də Suriyanın Hələb şəhərinin bombardman olunmasından sonra çəkilmiş bir fotoqraf dünyada əks-səda doğurub.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, fotonu "Telegraph"ın müxbiri Raf Sanchez twitter hesabında paylaşıb.
Beş yaşlı Umar Daqneş bombalanmış binanın uçuqları arasından çıxarılıb. Bombardmançı təyyarənin savaşan tərəflərdən hansına mənsub olduğu bilinmir. O, təcili yardım maşınında oturub, təşvişlə ətrafa baxır, üzündən qan axır, amma ağlamır.
Umar Daqneş xəstəxanaya çatdırılıb və "Telegraph" müxbiri Daqneşin ikinci şəklini də paylaşıb.
Mahir