Türkiyə Xarici İşlər Nazirliyi Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqədar aparılan istintaq çərçivəsində 300 diplomat geri çağırıb.
Teleqraf.com-un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ankara Baş Prokurorluğunun tələbilə diplomatlar ölkəyə çağırılıb.
Nazirlik bəyan edib ki, FETÖ ilə əlaqəsi olanlar vəzifələrindən uzaqlaşdırılacaq.