Bu gün Çankaya köşkündə Türkiyənin baş naziri, eyni zamanda AKP sədri Binali Yıldırım, CHP rəhbəri Kamal Kılıcdaroğlu və MHP lideri Dövlət Baxçalı görüşüb.
Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, 3 saatlıq görüşdən sonra Binali Yıldırımın açıqlama verəcəyi gözlənilir.
Nazirlər Kabinetinin yaydığı ilk rəsmi açıqlamada görüş zamanı FETÖ-yə qarşı mübarizə prosesi ilə bağlı liderlərə informasiya verildiyi, İraq və Suriya hadisələrinin müzakirə olunduğu, HDP-dən PKK ilə konkret məsafə saxlamaq tələbi irəli sürüldüyü bildirilir.
Eyni zamanda Konstitusiya dəyişikliyi ilə bağlı mini-paketinin də nəzərdən keçirildiyi xəbər verilir.
Mahir