23 Avqust 2016 15:29
546
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidentinin köməkçisi Co Bayden Türkiyəyə səfərindən qabaq sosial şəbəkədə bu barədə açıqlama yayıb.

Teleqraf.com-un verdiyi xəbərə görə, o, açıqlamasında terror hücumlarına qarşı Türkiyəylə birgə olduqlarını bildirərək ziyarəti haqqında məlumat verib: “Qaziantepdə toy məclisinə edilən vəhşi hücumda 29-u uşaq olmaqla 50 nəfər öldü, 66 nəfər yaralandı. Türk müttəfiqimizin yanındayıq. Bu həftə faciəvi terror və çevriliş cəhdindən sonra Amerikayla türk xalqının həmrəyliyini nümayiş etdirmək üçün Ankaraya gedirik”.

Qeyd edək ki, Türkiyə tərəfi Co Baydenin Fətullah Gülənin ekstradisiya məsələsini müzakirə etmək üçün gələcəyini açıqlayıb.

Sevinc


Müəllif:

Oxşar xəbərlər