ABŞ-ın vitse-prezidenti Co Bayden İsveçə səfər edib. Səfər çərçivəsində Bayden bu ölkənin baş naziri Stefan Löfven ilə görüşüb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, görüşdən sonra mətbuat konfransı təşkil olunub. Bayden “Şimal Axını” layihəsinin Avropa üçün çox pis anlaşma olduğunu, təhlükəsizlik siyasəti baxımından risk daşıdığını deyib.
Qeyd edək ki, bu layihə Rusiyanın Vıborq şəhərindən Almaniyanın Qreyfşald qəsəbəsinə qədər uzanır. Sahibi İsveçrənin “Nord Stream AG”, layihənin əsas pay sahibi 51 faizlə Rusiyanın Qazprom şirkətidir. Layihənin icrası 2011-ci ilin mayında başlayıb.
Samir