Londonun müsəlman bələdiyyə sədri Sadiq Xan Fransada müsəlman qadınların örtülü çimərlik geyiminə qadağa qoyulmasını tənqid edib.
Teleqraf.com-un xarici mediaya istinadla verdiyi xəbərə görə, Sadiq Xan Fransaya səfəri əsnasında ölkədə müzakirələrə səbəb olan bu qərarın doğru olmadığını bildirib:
Bu mövzuda fikrinin qəti olduğunu deyən Sadiq Xanın fikrincə, qadınların nəyi geyinib-geyinməyəcəyinə başqası qərar verməməlidir: “Məsələ bu qədər sadədir. Belə qadağa doğru deyil. Bizdə də hər şeyin ürəkaçan olduğunu deyə bilmərəm, amma Londonun ən yaxşı cəhətlərindən biri fərqliliyi təkcə anlayışla qarşılaşmağımız deyil, eyni zamanda, ona sayğı duymağımız və sahib çıxmağımızdır”.
Fransanın da bir çox şəhər bələdiyyələri bu ayın əvvəlindən dəniz sahilində örtüklə (təsəttürlə) çimməyi ictimai sabitliyi pozacağı səbəbiylə qadağan edib. Qərara uyğun olaraq, Fransanın Nice şəhərindəki çimərlikdə müsəlman qadının təsəttür geyiminin zorla əynindən çıxarılması beynəlxalq səviyyədə reaksiya doğurub.
Sevinc