29 Avqust 2016 00:13
536
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özlərini Vyana Şəxsiyyət Hərəkatı adlandıran 100-dən çox şəxs əllərində Avstriya bayraqları ilə Avropalı Türk Demokratlar Birliyinin ofisi qarşısında mitinq keçirib.

Axar.az xəbər verir ki, mitinq iştirakçıları Avropada islamçılığın yayılmasının qarşısının alınmasını tələb ediblər.

Mitinqdə “Vətənpərvərlik və azadlıq bizim ənənəmizdir, inteqrasiya son dayanacaqdır” kimi şüarlar səsləndirilib.

İştirakçılar bildirib ki, illərdir siyasətçilərin, mətbuatın, ekspertlərin və keşişlərin inteqrasiyanın xeyiri barədə apardığı təbliğatlar nəticəsində mədəniyyətlərini və dinlərini itirmək təhlükəsi ilə üzləşiblər.

Avstriyada qanunlara və dəyərlərə riayət edə bilməyənlərin ölkəni tərk etməsini tələb edən iştirakçılar bildirib ki, buradakı müsəlman yurdları, məscid və dərnəklər bağlanılmalıdır.


Müəllif:

Oxşar xəbərlər