31 Avqust 2016 09:20
689
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyanın Hələb şəhərində baş verən silahlı toqquşmalar zamanı İŞİD terror təşkilatının "müşaviri" kimi tanınan Əbu Muhammed əl-Adnani öldürülüb.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, əsil adı Taha Subhi Fellaha olan terrorçu İdlib sakini və Əl-Bağdadinin ən yaxınlarından biri olub.

ABŞ Xarici İşlər Nazirliyi 2015-ci ilin mayın 5-də verdiyi açıqlamada bu terrorçunun başına 5 milyon dollar mükafat vəd etmişdi.

Samir


Müəllif:

Oxşar xəbərlər